Ağstafada avtoqəza zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Ağstafada avtoqəza zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB
# 24 oktyabr 2020 01:17 (UTC +04:00)

Ağstafada baş vermiş avtoqəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bunlar Ağstafa rayon sakinləri - 1994-cü il təvəllüdlü Maşayev Cavid İsa oğlu, 1992-ci il təvəllüdlü Qasımov Hafiz Həvəs oğlu, 1986-cı il təvəllüdlü Hüseynov Adil Aqil oğlu və 2001-ci il təvəllüdlü Aşurov Məmməd Ayaz oğludur.

Yaralıların müalicəsin davam etdirilir.

***

Saat 19:41

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə "Hyundai" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR