Ağstafada baş vermiş qəzada 2 nəfər xəsarət alıb - FOTO

Ağstafada baş vermiş qəzada 2 nəfər xəsarət alıb - FOTO
# 11 aprel 2021 21:28 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Kia" markalı minik maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR