Ağstafada iki minik avtomobili toqquşub

 Ağstafada iki minik avtomobili toqquşub
# 13 dekabr 2020 16:27 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istənadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "ВАЗ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR