Ağstafada minik avtomobili aşıb, ata və oğul xəsarət alıb

Ağstafada minik avtomobili aşıb, ata və oğul xəsarət alıb
# 31 dekabr 2019 20:04 (UTC +04:00)

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən ərazisindən keçən hissəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Vəli Əliyev İsa oğlu idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən maşının təkəri çıxıb. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü və oğlu, 1986-ci il təvəllüdlü Vəliyev Əfqan İsa oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR