Ağstafada minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var

Ağstafada minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var
# 24 sentyabr 2020 17:19 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” markalı yük maşını “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Nəticədə 1992-ci il təvəllüdü Nicat Namazlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR