Ağstafada sahibsiz itlər kənd sakinlərinə hücum edib - FOTO

Ağstafada sahibsiz itlər kənd sakinlərinə hücum edib - FOTO
  • Clock-gray 14:38
  • calendar-gray 29 Fevral 2020

Ağstafa rayonunda sahibsiz itlər kənd sakinlərinə hücum edib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, nəticədə, Qırılı kənd sakinləri Elnur Yusifov və Həsən Hüseynov kənddəki sahibsiz itin hücumuna məruz qalıblar. Dördayaqlı Elnurun hər iki qollarını və qarın nahiyəsini, Həsənin isə ayağını ağır yaralayıb. Hər iki nəfər müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara ilkin yardım göstərilib və quduzluq əleyhinə qarşı vaksinlər vurulub. 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date