Ağstafada yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralananlar var

Ağstafada yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralananlar var
# 10 dekabr 2020 15:45 (UTC +04:00)

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP və FHN-in əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR