Ağsu sakinindən odlu silah götürülüb

Ağsu sakinindən odlu silah götürülüb
  • Clock-gray 11:34
  • calendar-gray 27 Fevral 2021

Ağsu sakinindən odlu silah götürülüb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Ərəbmehtibəy kənd sakini İlyas Mikayılovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “BUM” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. 

 

 

 

 

apa-logo-mini

Digər xəbərlər