Ağsuda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Ağsuda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 14 aprel 2021 12:48 (UTC +04:00)

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 13-də saat 18 radələrində Ağsu şəhəri ərazisində C.Kərimov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən şəhər sakini N.Məhərrəmlini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR