Ağsuda çayda palçığa batan şəxs xilas edilib

Ağsuda çayda palçığa batan şəxs xilas edilib
# 20 dekabr 2019 15:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, Girdimançay çayının sahilində bir nəfərin palçığa bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR