Ağsuda karantin qaydalarını pozan kafe sahibi və 17 nəfər müştəri cərimələnib

Ağsuda karantin qaydalarını pozan kafe sahibi və 17 nəfər müştəri cərimələnib
  • Clock-gray 16:14
  • calendar-gray 07 Yanvar 2021

Ağsuda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Gözəl Ağsu” adlı kafenin qanunsuz olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı orada olan icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib. 17 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub, kafeni işlədən H.Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Şahnəzər Bəşirov

Digər xəbərlər