Ali Məhkəmə "Lider TV"-nin şikayətini təmin etməyib

Ali Məhkəmə "Lider TV"-nin şikayətini təmin etməyib
# 17 fevral 2021 16:52 (UTC +04:00)

Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

APA-nın məlumata görə, iclasda qərar elan edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

Daha sonra Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR