Ali Məhkəmədə cinayət işləri üzrə 121 nəfər barəsində qərarlar ləğv edilib

Ali Məhkəmədə cinayət işləri üzrə 121 nəfər barəsində qərarlar ləğv edilib
# 19 fevral 2021 13:03 (UTC +04:00)

"2020-ci ildə ümumilikdə Ali Məhkəməyə 2212 nəfər haqda 1921 cinayət işi daxil olub".

APA xəbər verir ki, bu sözləri Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, hakim Hafiz Nəsibov deyib.

O bildirib ki, ötən il ərzində kollegiya 1410 nəfər haqda 1205 işə baxıb:

“Hesabat illərində baxılmış işlərdən 878 nəfər barəsində 758 iş üzrə apelyasiya instansiyaların verdikləri qərarlar dəyişdirilmədən saxlanılıb. 121 nəfər barəsində 99 iş üzrə qərarlar ləğv olunub, 143 nəfər haqda 102 iş üzrə qərar dəyişdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR