Ali Məhkəmədə hərbi cinayətlər üzrə 41 nəfər barəsində qərarlar dəyişdirilib

Ali Məhkəmədə hərbi cinayətlər üzrə 41 nəfər barəsində qərarlar dəyişdirilib
  • Clock-gray 13:18
  • calendar-gray 19 Fevral 2021

Ali Məhkəmənin Cinayət Kollegiyasının icraatında 2020-ci ildə hərbi məhkəmələrin yuristikasına aid 135 nəfər haqqında 85 cinayət işinə baxılıb. 

APA xəbər verir ki, bu sözləri Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, hakim Hafiz Nəsibov deyib.

O bildirib ki, onlardan da 100 nəfər haqqında 64 işə baxılaraq qərar verilib: “Baxılmış işlərdən 46 nəfər barəsində 30 iş üzrə apelyasiya instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılıb, ümumilikdə 41 nəfər barəsində 24 iş üzrə qərarlar isə ləğv olunub və yaxud dəyişdirilib”.

 

 

 

Səlcuq Elçin

Digər xəbərlər