Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayıb

Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayıb
# 05 sentyabr 2020 09:48 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 8-ə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 29-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində 1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən N. Nağıyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR