Astara sakinlərindən odlu silahlar və narkotik götürülüb

Astara sakinlərindən odlu silahlar və narkotik götürülüb
# 02 noyabr 2020 13:29 (UTC +04:00)

Astara rayon sakinlərindən qanunsus odlu silahlar və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən Maşxan kənd sakini E.Məmmədov şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tərəfindən döyüldüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb və ondan lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Bundan başqa, rayonun Vəznəş kənd sakini R.Nəbiyev isə 9 qramdan artıq marixuananı satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq 9 qramdan artıq marixuana və yaşadığı evdən isə “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR