Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib

Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib
  • Clock-gray 11:29
  • calendar-gray 14 Yanvar 2021

Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb. Belə ki, Astara sakini S.Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Cəfərov barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.

Tural Kərimov

Digər xəbərlər