Astarada çayda batan şəxsin meyiti tapılıb

Astarada çayda batan şəxsin meyiti tapılıb
  • Clock-gray 10:59
  • calendar-gray 25 Noyabr 2020

Astarada çayda batan şəxsin meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, noyabrın 22-də Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.

İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Sail Ağasəlim

Digər xəbərlər