Astarada ikiotaqlı evdə yanğın olub

Astarada ikiotaqlı evdə yanğın olub
# 10 avqust 2020 23:45 (UTC +04:00)

Astara rayonunun Şuvi kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 32 kv/m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR