Astarada mənzildən 15 min manatlıq qızıl oğurlayan Bakı sakini saxlanılıb

Astarada mənzildən 15 min manatlıq qızıl oğurlayan Bakı sakini saxlanılıb
# 09 yanvar 2020 11:35 (UTC +04:00)

Astarada yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara şəhər sakini M. Mirzəyeva yanvarın 3-də yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhəri Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR