Astarada pandemiya qaydalarına nəzarət məqsədilə reyd keçirilib - FOTO

Astarada pandemiya qaydalarına nəzarət məqsədilə reyd keçirilib - FOTO
# 18 mart 2021 10:22 (UTC +04:00)

Astarada pandemiya qaydalarına nəzarət məqsədilə reyd keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bayram günlərində ictimai nəqliyyatda sərnişin sayının artması ilə əlaqədar olaraq karantin qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Astarada yol polisi əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib.

Bu məqsədlə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində pandemiya qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə təşkil olunan növbəti reyd zamanı sürücü və sərnişinlərin tibbi maskaladan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olub-olması yoxlanılıb. Normadan artıq sərnişin daşınması halları aşkarlandıqda sürücülərə bir daha xəbərdarlıq edilib və bu halın yoluxma riskini artırdığı bildirilib. Tibbi maskadan düzgün şəkildə, yəni tənəffüs yollarını örtəcək formada istifadə edilməsi ilə bağlı bir daha sürücü və sərnişinlərə xəbərdarlıq edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə tibbi maska və spirt paylanıb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR