Astarada sərxoş avtoxuliqan həbs edilib

Astarada sərxoş avtoxuliqan həbs edilib
  • Clock-gray 10:23
  • calendar-gray 22 Fevral 2021

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara sakini Dəyanət Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan D.Nəcəfzadə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub.

Tural Kərimov

Digər xəbərlər