Avstraliyada yanğınları söndürən təyyarə qəzaya uğrayıb

Avstraliyada yanğınları söndürən təyyarə qəzaya uğrayıb
# 23 yanvar 2020 11:03 (UTC +04:00)

Avstraliyada yanğınların söndürülməsinə cəlb olunan təyyarə qəzaya uğrayıb.

APA-nın "Sydney Morning Herald"a istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Yeni Cənubi Uels ştatında qeydə alınıb. "C-130 Hercules" təyyarəsinin qəzaya uğraması nəticəsində 3 amerikalı yanğınsöndürən həlak olub.

Təyyarənin qalıqları Kuma şəhəri yaxınlığında tapılıb.Qəzanın səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, sentyabrdan Avstraliyada davam edən yanğınlar 25 nəfərin ölümünə və hektarlarla yaşıl sahələrin məhvinə səbəb olub.

Yanğınlar nəticəsində 1 milyarddan çox heyvan məhv olub.

Dünya ölkələri təbii fəlakətlə mübarizə üçün Avstraliyaya yardım təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR