Avtomobillə vurulan Sumqayıt sakini xəstəxanada ölüb

Avtomobillə vurulan Sumqayıt sakini xəstəxanada ölüb
# 24 fevral 2021 13:19 (UTC +04:00)

Avtomobillə vurulan Sumqayıt sakini iki gün sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, fevralın 22-də şəhərin İnşaatçılar küçəsində “Mercedes” markalı avtomobil yolu keçən Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Əliyev Muradəli Kərəm oğlunu vurub.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 49 yaşlı piyada iki gün sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR