Avtoyuma məntəqəsində adam öldürən şəxsin məhkəməsi başlayır

Avtoyuma məntəqəsində adam öldürən şəxsin məhkəməsi başlayır
  • Clock-gray 09:05
  • calendar-gray 31 Yanvar 2020

Bakıda adam öldürməkdə təqsirləndirilən Ozal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il Suraxanı rayon, Əmircan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ozal Əliyev yanvarın 20-də qəsəbə ərazisində yerləşən avtomobilyuma məntəqəsinin qarşısında heç bir səbəb olmadan Vahid Əsədovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və O. Əliyev şübhəli şəxs qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 30-da V. Əsədov müalicə aldığı xəstəxanada öldüyünə görə, Ozal Əliyevin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurmama - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilərək rayon prokurorluğuna göndərilib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date