Axtarışda olan şəxsdən psixotrop maddə və döyüş sursatı götürülüb

Axtarışda olan şəxsdən psixotrop maddə və döyüş sursatı götürülüb
# 05 aprel 2021 14:10 (UTC +04:00)

Adam bıçaqladığına görə axtarışda olan şəxsdə psixotrop maddə və döyüş sursatı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanılıb.

Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid 12 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR