Azərbaycana daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb
# 25 yanvar 2020 12:46 (UTC +04:00)

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) APA-ya verilən məlumata görə, vətəndaş üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirib.

Bundan sonra onun üzərində aparılan şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığından vətəndaş müşayiət altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanada rentgen müayinəsindən keçirilən vətəndaşın daxili orqanı - düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd selofan bükümdə 112 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR