Azərbaycana qarşı müharibə cinayətləri törədən 297 nəfər İnterpol xətti ilə axtarışa verilib

Azərbaycana qarşı müharibə cinayətləri törədən 297 nəfər İnterpol xətti ilə axtarışa verilib
# 25 yanvar 2021 14:44 (UTC +04:00)

Ötən il hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Kamran Əliyev əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

Qeyd edilib ki, hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq edilən cinayət işi üzrə müəyyən edilmiş 5 əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırım-deportasiya, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər üzrə istintaq və digər prosessual hərəkətlərin icrası, həmin cinayətləri törətmiş şəxslərin anket məlumatlarının müəyyən edilməsi üçün zəruri tədbirlərin görülməsi davam etdirilir, həmçinin barələrində axtarış elan olunmuş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün digər zəruri işlərin görülməsi təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR