Azərbaycanda həftəsonu baş verən qəzalarda 5 nəfər ölüb

Azərbaycanda həftəsonu baş verən qəzalarda 5 nəfər ölüb
  • Clock-gray 13:01
  • calendar-gray 07 Sentyabr 2020

Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 21 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Səlcuq Elçin

Digər xəbərlər