Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan xarici vətəndaşların sayı açıqlanıb

Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan xarici vətəndaşların sayı açıqlanıb
# 04 avqust 2020 10:54 (UTC +04:00)

Bu ilin 6 ayında narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan xarici vətəndaşların sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata gorə, məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 8-i Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan vətəndaşı olub.

Onlardan çəkisi 448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR