Azərbaycanda ötən gün törədilmiş 53 cinayətin üstü "isti izlər"lə açılıb

Azərbaycanda ötən gün törədilmiş 53 cinayətin üstü "isti izlər"lə açılıb
# 06 mart 2021 10:56 (UTC +04:00)

2021-ci il mart ayının 5-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR