Azərbaycanın Türkiyədəki səfirliyi: “Trabzonda yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil” - YENİLƏNİB

Azərbaycanın Türkiyədəki səfirliyi: “Trabzonda yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil” - YENİLƏNİB
  • Clock-gray 18:10
  • calendar-gray 23 May 2020

“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”.

Bu məlumatı APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib.

E.Süleymanlı deyib ki, hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur: “Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Türkiyənin “Hürriyet” qəzeti Of-Çaykara yolunda baş verən avtomobil qəzasında  Azərbaycan əsilli 3 çay işçisinin yanaraq ölməsi haqqında məlumat yayıb. 

***

14:52

Türkiyədə avtomobil qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.

APA-nın Türkiyə bürosunun "Hürriyet" qəzetinə istinadən məlumatına görə, hadisə bu gün Trabzonun Of qəsəbəsində baş verib.

Çay plantasiyasında çalışan Azərbaycan əsilli işçilərin olduğu avtomobil elektrik dirəyinə çırpılıb. Azərbaycan əsilli Fariş Farişovun idarə etdiyi 61 MA 0611 dövlət nömə nişanlı avtomobil daha sonra yanmağa başlayıb. Qəza nəticəsində sürücü ağır yaralanıb, avtomobildə olan Azərbaycan əsilli 3 işçi isə yanaraq həyatlarını itirib. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər