BNA Bakıda marşrut avtobusunda yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB - FOTO

BNA Bakıda marşrut avtobusunda yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB - FOTO
# 25 dekabr 2019 10:32 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi məlumata görə, dekabrın 25-də saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) "Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib. Yanğına sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

***

09:28

Bakıda marşrut avtobusu yanır.

APA-nın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında "Daewoo" markalı 30 nömrəli marşrut avtobusunun mühərrikxanasında anidən yanğın baş verib.

Avtobusda olan şərnisinlər dərhal təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR