BNA: Ötən gün sərnişin avtobuslarının piyadanı vurması halı olmayıb - YENİLƏNİB

BNA: Ötən gün sərnişin avtobuslarının piyadanı vurması halı olmayıb - YENİLƏNİB
# 18 fevral 2021 12:24 (UTC +04:00)

Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında avtobusun piyadanı vurmasıyla bağlı məsələ araşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib: "Yəni ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyada vurulması halı olmayıb".

***

00:14

Bakının Yasamal rayonunda piyadanı avtobus vurub.

APA xəbər verir ki, hadisə metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında baş verib.

15 yaşll Ağabəyli Gülsüm Mirzə qızı dayanacaqda dayanan zaman onu avtobus vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Fakt bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR