BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı ilə bağlı dialoq aparır

BQXK Azərbaycana keçən Ermənistan vətəndaşı ilə bağlı dialoq aparır
  • Clock-gray 16:14
  • calendar-gray 16 İyul 2020

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycana keçən Ermənistan vətəndaşı ilə bağlı dialoq aparır.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O, qeyd edib ki, təmsil etdiyi qurum bu məsələ ilə əlaqədar hər iki tərəfin aidiyyəti olan qurumları ilə əlaqədədir: “Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, o şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir”.

Qeyd edək ki, Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

apa-logo-mini

Digər xəbərlər