BQXK əsir götürülən erməni diversantla bağlı hər iki tərəfin adiyyəti qurumları ilə əlaqədə olduğunu açıqlayıb

BQXK əsir götürülən erməni diversantla bağlı hər iki tərəfin adiyyəti qurumları ilə əlaqədə olduğunu açıqlayıb
# 25 avqust 2020 14:07 (UTC +04:00)

“Biz bu məsələ ilə bağlı hər iki tərəfin adiyyəti qurumları ilə əlaqədəyik”.

Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun əsir götürülmüş komandiri, baş leytenant Qurqen Alaverdyanla bağlı bildirib.

"Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, o şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir, həmçinin, bu şəxslərin ailələri əlaqələrini saxlamaqda köməklik göstərir", - deyə İ. Hüseynova qeyd edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurqen Alaverdyan əsir götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR