BŞBPİ: Ötən gün 53 nəfər saxlanılıb

BŞBPİ: Ötən gün 53 nəfər saxlanılıb
# 20 fevral 2020 10:26 (UTC +04:00)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da 36 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, onlardan 10-u əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Narkotiklərlə əlaqəli 7, quldurluq üzrə 2, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 53 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR