BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub - ƏMR

BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub - ƏMR
# 17 yanvar 2020 16:38 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR