Bacısını dənizə getmək üstündə bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bacısını dənizə getmək üstündə bıçaqlayan şəxsin məhkəməsi başlayır
# 27 noyabr 2019 08:50 (UTC +04:00)

Bakıda bacısını öldürməyə cəhddə təqsirləndirilən Baba Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində baş berib.

24 yaşlı Əliyev Baba Vaqif oğlu 26 yaşlı bacısı Sahibə Əliyevaya hücum edib. O, bacısının qarın nahiyəsinə dörd bıçaq zərbəsi endirib.

Məlumata görə, B.Əliyevin bacısı dənizə getmək istəyib. Lakin B.Əliyev buna etiraz edib. Tərəflər arasında mübahisə düşüb. Bu zaman B.Əliyev "sözünə baxmayan" bacısını bıçaqlayıb.

B.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR