Bakı-Qazax magistralında Rusiya vətəndaşının avtomobili idarətmədən çıxaraq aşıb

Bakı-Qazax magistralında Rusiya vətəndaşının avtomobili idarətmədən çıxaraq aşıb
# 16 yanvar 2020 23:38 (UTC +04:00)

Bu gün axşam saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hazırda doğulduğu Goranboy rayonunda qonaq olan 1989-cu il təvəllüdlü, Rusiya vətəndaşı Aslanov Fuad Vüqar oğlunun idarə etdiyi minik avtomobili idarəetmədə çıxaraq yolun kənarında aşıb.

Sürücü qəzada yüngül xəsarət alıb. Ona hadisə yerində tibbi yardım göstərilib. İlkin məlumata görə, hava şəraitinin yağmurlu olması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR