Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü yaralanıb - FOTO

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü yaralanıb - FOTO
  • Clock-gray 20:26
  • calendar-gray 04 İyul 2020

 

Bakı-Qazax magistralının 136-cı kilometrliyində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Gədəbəy sakini, 1984-cü il təvəllüdlü Sülhəddin Qurbanovun idarə etdiyi mişar daşı ilə yüklənmiş  “HOVO” markalı avtomobil hərəkətdə olarkən 100-dən çox iribuynuzlu heyvanla yüklü olan Ukrayna vətəndaşının idarə etdiyi  “VOLVO” markalı TIR arxadan ona çırpılıb. 

Nəticədə daşla yüklənmiş yük avtomobili aşıb, mişar daşları yola tökülüb. 

“HOVO” markalı yük avtomobilinin sürücüsü müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

 

Əlibəy Zeynallı

Digər xəbərlər