Bakı-Quba yolunda “KamAZ”-ın vurduğu Rusiya vətəndaşı ölüb

Bakı-Quba yolunda “KamAZ”-ın vurduğu Rusiya vətəndaşı ölüb
# 24 may 2020 11:43 (UTC +04:00)

Rusiya vətəndaşı “KamAZ”-ın altında qalaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 45-cı kilometrliyində baş verib.

Daş yüklü “KamAZ” markalı yük maşını ehtiyatsızlıqdan Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Zalibekov Maqammed Zalibekoviçi vuraraq üstündən keçib. Yük maşının altında qalan 41 yaşlı Rusiya vətəndaşı hadisə yerində ölüb.

Ölən şəxs TIR sürücüsü olub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR