Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
  • Clock-gray 21:36
  • calendar-gray 04 Yanvar 2020

 

Bu gün axşam saatlarında Bakı-Quba magisrtalında yol-nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusarın Samur qəsəbəsi ərazisində qeydə alınıb.  

"Mercedes” markalı avtomobillə " VAZ 2107" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

Faktla bağlı araşdırma davam edir.

 

Vəli Turan

Digər xəbərlər

Arxiv

date