Bakı-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alan sürücü 10 gün sonra ölüb

Bakı-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alan sürücü 10 gün sonra ölüb
# 27 noyabr 2019 09:31 (UTC +04:00)

Noyabrın 17-də Bakı-Quba yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan sürücü dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı ağır bədən xəsarətləri alan Xaçmaz rayonu, Çiləgir kənd sakini Savalanov Hümbət Şayəddin oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “KamAZ” və “Vaz 21010” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Xaçmazın Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı dünyasını dəyişmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR