Bakı-Şamaxı yolunda baş verən qəzada ölən və xəsarət alan şəxslərin adları məlum olub

Bakı-Şamaxı yolunda baş verən qəzada ölən və xəsarət alan şəxslərin adları məlum olub
# 21 dekabr 2019 12:41 (UTC +04:00)

Qobustan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə Bakı-Şamaxı yolunun 78-ci kilometrliyində, Ceyrankeçməz adlı ərazidə "Mercedes" markalı yük avtomobili qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KaMAz" markalı yük maşınına çırpılıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü, Şamaxı sakinləri - 1975-ci il təvəllüdlü Səlimov Hidayət Nuru oğlu və 1966-cı il təvəllüdlü Əliyev Neman Vasif oğlu müstəlif dərəcəli bədən xəsarətləri alıblar. "Mercedes"in sərnişini, Qax rayon sakini, 1977-ci il təvəllüdlü Qədirov Aydın Adil oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR