Bakı, Şəmkir və Qazax sakinlərindən odlu silahlar götürülüb

Bakı, Şəmkir və Qazax sakinlərindən odlu silahlar götürülüb
# 18 yanvar 2021 13:26 (UTC +04:00)

Bakı, Şəmkir və Qazax sakinlərindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş A.Məmmədovun ətrafında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qazax şəhəri ərazisində torpağa basdırdığı “AKM” markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Sadıxovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəmkir rayonu ərazisində Mahmudlu kənd sakini S.Əsədovdan “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR