Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 27 iyul 2020 23:04 (UTC +04:00)

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə yolun Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

Məlumata görə, Əziz Kərimliyə məxsus "Tofaş" markalı avtomobil yolun sol zolağında hərəkətsiz vəziyyətdə olub. Onun APA-ya bildirdiyinə görə, avtomobili nasaz vəziyyətdə imiş. Bu vaxt vaxt "Niva" markalı nəqliyyat vasitəsi yüksək sürətlə "Tofaş"a və hərəkətdə olan Nəbi Nağıyevə məxsus "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə "Niva"nın sürücüsü və "Tofaş"ın sürücüsü Əziz Kərimli müxtəlif bədən xəsarətləri alıb. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.

Fakt üzrə araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR