Bakı Sumqayıt şossesində qəza zamanı 3 nəfər xəsarət alıb - FOTO

Bakı Sumqayıt şossesində qəza zamanı 3 nəfər xəsarət alıb - FOTO
# 15 yanvar 2021 01:20 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 3 minik avtomobili toqquşub.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobil nasaz vəziyyətdə hərəkətdə olan zaman anidən “KİA” markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Zərbənin gücündən “Daewoo” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq “Toyoto” markalı maşına çırpılıb. Qəza zamanı ümumilikdə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR