Bakı Sumqayıt şossesində yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bakı Sumqayıt şossesində yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
# 16 fevral 2020 02:42 (UTC +04:00)

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində qeydə alınıb.

Həsənəli Şamxal Həsən oğlu idarə etdiyi “Geely” markalı nəqliyyat vasitəsilə Xırdalan qəbistanlığının beton plitəsinə çırpılıb. Nəticədə sürücü Ş.Həsənəli və sərnişin xəsarət alıb.

Sürücünün APA-ya verdiyi məlumata görə, hərəkətdə olan zaman naməlum markalı avtomobil onun nəqliyyat vasitəsini vuraraq ərazidən uzaqlaşıb.

Baş dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR