Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb

Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb
  • Clock-gray 11:34
  • calendar-gray 16 İyul 2020

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. Belə ki,  "Hyundai" markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub. Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.  

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Digər xəbərlər